EN

ABŞ Delsi Rodrigesə qarşı sanksiyaları ləğv edib

2026-cı ilin yanvar ayından bəri Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges artıq ABŞ-də tərtib edilmiş “Xüsusi təyinatlı vətəndaşları”ın (SDN) sanksiya siyahısında deyil.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rodrigesin adının bu siyahıdan çıxarılması qərarı ABŞ Maliyyə Nazirliyinin bir hissəsi olan Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilib. Siyahının yenilənməsi barədə bildiriş nazirliyin veb saytında dərc edilib.

Bildirilir ki, “Xüsusi təyinatlı vətəndaşlar” (SDN) siyahısı ABŞ-nin əsas sanksiya siyahısı hesab olunur: adı çəkilən şəxslərin aktivləri ABŞ yurisdiksiyası çərçivəsində bloklanır və ABŞ şirkətlərinə və vətəndaşlarına onlarla iş görmək qadağandır.

Venesuela lideri Nikolas Maduro ABŞ xüsusi təyinatlıları tərəfindən tutulub həbs edildikdən sonra D.Rodriges 2026-cı ilin yanvar ayından bəri dövlət başçısı vəzifəsini icra edir. O, 2018-ci ildə Vaşinqtonda demokratiyanı və korrupsiyanı sarsıtmaqda ittiham olunan Maduro hökumətindəki roluna görə sanksiya siyahısına əlavə edilmişdi.

ABŞ martın 30-da Venesuelanın paytaxtı Karakasda səfirliyini yenidən açıb.

Belə görünür ki, ABŞ rəhbərliyi Venesuelanın yeni lideri ilə gündən-günə dərinləşən anlaşma içindədir.

Musavat.com

 

Chosen
22
musavat.com

1Sources