EN

MSK yenidən formalaşdırılacaq: Tərkib dəyişəcəkmi? (AÇIQLAMA)

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq. 

Qaynarinfo xəbər verir ki, aprel ayının sonuncu ongünlüyündə məsələ Milli Məclisin gündəliyinə çıxarılacaq. 

Qanunvericiliyə görə, Azərbaycanda seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. MSK sonuncu dəfə 2021-ci il aprelin 27-də formalaşıb, bu səbəbdən komissiyanın səlahiyyət müddəti artıq bitib. Qarşıdakı həftələrdə Milli Məclisin iclasında Mərkəzi Seçki Komissiyasına sədr seçkisi keçiriləcək. Bundan əlavə, sədr müavini və iki katib açıq səsvermə yolu ilə seçilməlidir. 

Xatırladaq ki, MSK tərkibi 18 üzvdən ibarətdir. Qanunvericiliyə görə, üzvlərin 1/3-i Milli Məclisdə çoxluğa malik olan Yeni Azərbaycan Partiyası tərəfindən, qalan hissə isə bitərəf deputatlar və digər siyasi partiyalar arasında bölünür. 

Hüquqşünas Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında bildirib ki, MSK siyasi partiyaların iştirakı ilə formalaşır:

"MSK çoxluqda və azlıqda qalan siyasi partiya, həmçinin bitərəflərin razılığı ilə formalaşır. Hazırkı parlamentdə çoxluq Yeni Azərbaycan Partiyasındadır. Bitərəflərin tərkibində müəyyən dəyişikliklər var. Parlament azlığının tərkibində ciddi dəyişiklik olmayıb: cəmi iki dəyişiklik var. Hesab edirəm ki, bu dəyişikliklər MSK tərkibinin əsaslı şəkildə yenilənməsinə səbəb olmayacaq".

Qulamhüseyn Əlibəyli formalaşmada diqqət çəkən məqam kimi sədr məsələsini vurğulayıb:

"MSK sədri Məzahir Pənahov artıq 20 ildən çoxdur bu vəzifədədir və kifayət qədər yaşı var. Ola bilsin ki, onun daha cavan bir kadrla əvəzlənməsi prosesi başlansın. Yaxud parlament azlığında olan partiyaların nümayəndələrinə Dairə Seçki Komissiyalarında əlavə yer verilsin. Parlament azlığına iki yeni partiya gəlib, bu partiyalara müəyyən kvota ayrılması mümkündür".

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
qaynarinfo.az

1Sources