EN

Bakıdan Şahramanyanın həbsinə ÇAĞIRIŞ

Qarabağdakı keçmiş separatçı rejimin son “rəhbəri” Samvel Şahramanyan baş nazir Nikol Paşinyanın “Qarabağ erməniləri döyüşməyib, qaçıblar” fikrini tənqid edərək bunu “təxribat” adlandırıb. O iddia edib ki, Qarabağın itirilməsinin əsas səbəbi Ermənistan rəhbərliyinin siyasəti olub və 2020-ci il müharibəsində məhz onların qərarları bu nəticəyə gətirib çıxarıb. Eyni zamanda, o, "Qarabağa qayıdış" məsələsinin gündəmdə saxlanılmalı olduğunu iddia edib.

Şahramanyanın Ermənistanda seçkilərə iki ay qalmış “dirilməsi” və təxribatçı bəyanatlarla çıxış etməsi Paşinyanın onunla bağlı sərt addımlar atması zərurətini meydana gətirir.

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, Şahramanyan öz imzasını danan və kənardan idarə olunan, sifarişlə danışan alətdir, oyuncaqdır: “Onun kimiləri üçün Ermənistanın taleyi əhəmiyyətsizdir. Paşinyan seçkilərdən sonra gec olmadan Şahramanyan başda olmaqla, təxribatçılıqla, sülh prosesinə əngəl yaradan separatçı tör-töküntüləri ilə bağlı sərt hüquqi addımlar atılmasını təmin etməlidir. Şahramanyan və onun kimi ünsürlər həbs edilməlidir. Onun bəyanatları təkcə fərdi mövqe deyil, həm də revanşist düşüncənin hələ də müəyyən dairələrdə yaşadığını göstərir. Bu isə regionda onsuz da kövrək olan sülh prosesinə birbaşa risk yaradır”.

Akif

A.Nağı hesab edir ki, məhz bu məqamda Şahramanyan kimilərinin çıxışları daxili sabitliyi pozmağa və ictimai rəyi manipulyasiya etməyə yönəlmiş addımlardır:
“Açıq şəkildə sülh prosesinə mane olan, cəmiyyətdə qarşıdurma yaradan çağırışlara rəsmi İrəvan sərt reaksiya verməlidir. Hüquqi mexanizmlər işə salınmalıdır”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
18
musavat.com

1Sources