İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, təxminən 7 milyon iranlı artıq ölkəni müdafiə etmək üçün silaha sarılmağa hazır olduqlarını bəyan ediblər.
Bizim.Media xəbər verir ki, bu məlumat beynəlxalq media tərəfindən onun X hesabındakı paylaşımına istinadən yayılıb.
AP yazır ki, Tehran rəhbərliyi mümkün ABŞ quru əməliyyatı halında kütləvi səfərbərlik mesajları verir.
Qalibaf vurğulayıb ki, iranlılar təkcə ölkəni müdafiə etməkdən danışmırlar, lazım gələrsə bunun üçün qan da tökməyə hazırdırlar.
Bu bəyanat İran ətrafında hərbi gərginliyin yüksək olaraq qaldığı bir vaxtda səslənib.
Wall Street Journal və AP-nin materiallarında da qeyd olunur ki, Tehran son günlər həm küçə səfərbərliyi, həm də mümkün quru müdaxiləsinə qarşı “xalq müqaviməti” mövzusunu qabardır.
Bizim.Media