EN

16 yaşlı yeniyetmə 5 kitabın müəllifidir - Bakı məktəbində vunderkind oxuyur

Bu gün 323 nömrəli tam orta məktəbdə Debat Klubunun təşkilatçılığı, məktəb rəhbərliyi və peşəkar psixoloq Vüsalə Əmiraslanovanın iştirakı ilə şagirdlər üçün genişmiqyaslı "İmtahan qabağı stressin idarə olunması" seminarı keçirilib.

Bu barədə Far.Az-ə həmin məktəbin şagirdi Hüseyn Məmmədov məlumat verib.

Bildirilib ki, tədbir məktəb tarixində şagird təşəbbüsü ilə reallaşan ilk peşəkar layihədir. Layihənin məqsədi şagirdlər arasında mütaliəyə marağını artırmaq və gənclərin öz potensiallarını kəşf etməsinə dəstək olmaqdır.

9-cu sinif şagirdi olan Hüseyn Məmmədov həmçinin bildirib ki, o 5 kitabın müəllifidir.

"Kiçik yaşlarımdan ədəbiyyat və ictimai fəaliyyətlə aktiv məşğul oluram. Hazırda 5 kitabın (o cümlədən "Bəşəriyyətin sonu" və "Kölgələrin çağırışı" romanlarının) müəllifiyəm. Yaradıcılığımda əsasən gənclərin daxili dünyası, psixologiya, dram və fantastika janrlarına üstünlük verirəm", - deyə şagird vurğulayıb.

Chosen
28
1
far.az

2Sources