LEGO şirkəti 2026-cı il futbol üzrə dünya çempionatı ərəfəsində yeni konstruktor dəstlərini təqdim edib.
Publika.az xəbər verir ki, kolleksiyanın əsas qəhrəmanları Lionel Messi, Kriştiano Ronaldo, Kilian Mbappe və Vinisius Junior olub.
Yeni kolleksiyanın tanıtımı üçün şirkət futbolçuların iştirakı ilə reklam videosu hazırlayıb. “Hər kəs öz payını istəyir” şüarı ilə “Instagram”da yayımlanan videoda ulduz futbolçular bir masa arxasında əyləşir və masanın ortasında LEGO-dan hazırlanmış Dünya Kuboku yerləşir.
Kolleksiyada futbolçular mini-fiqurlar formasında təqdim olunub. Həmçinin dəstlər xüsusi dizaynda hazırlanıb və hər biri oyunçuların milli komandalarının rənglərini və forma nömrələrini əks etdirir.
Kriştianu Ronaldo bildirib ki, hər gün LEGO dəstinə çevrilmək imkanı əldə edilmir. Kilian Mbappe isə qeyd edib ki, bu dəst onun futbol hekayəsinin bir hissəsini əks etdirir: