EN

Mərkəzi Bank fevralda həyata keçirilmiş nağdsız ödənişlərin həcmini açıqlayıb

Bakı. Trend:

2026-cı ilin fevral ayı ərzində Azərbaycanda kartlardan istifadəetməklə həyata keçirilmiş daxili nağdsız ödənişlərin həcmi 8,2milyon manat təşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Qeyd olunur ki, nağdsız ödənişlərin ümumi həcmində elektronticarətin payı 7,171 milyon manat olub.

“Qalan məbləğin 1,026 milyon manatı POS-terminallar vasitəsilə,3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlarvasitəsilə həyata keçirilib.

İlin əvvəlindən etibarən ödəniş kartlarından istifadə etməkləhəyata keçirilmiş daxili nağdsız əməliyyatların həcmi daxili kartəməliyyatlarının ümumi həcmində 69,7 faiz təşkil edib”, – deyəbankdan bildirilib.

Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə banklarınvə “Azərpoçt” MMC-nin sistemlərində dövriyyədə olan ödənişkartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22milyon 347 min ədədə çatıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10 faizartıb.

Chosen
46
az.trend.az

1Sources