EN

Neftdən yan keçmək üçün hazırlandı, münaqişənin qurbanı oldu

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Elektromobilin kütləviləşməsində məqsəd vaxtaşırı baş verən neft böhranlarından yan keçmək idi. Böyük dövlətlər bu texnika sahəsində neft böhranlarını neytrallaşdırmağa çalışıb. Lakin son hadisələr göstərdi ki, böhran təkcə yanacaqla bağlı deyil. 

Avtosfer.az xəbər verir ki, elektromobil istehsalına adi avtomobildəkindən 40 faiz daha çox alüminium tələb olunur. Həm də bu alüminium yüksək təmizliyə malik olmalıdır. Belə material başlıca olaraq Bəhreyn və Qətərdə istehsal olunur. 

ABŞ-İran qarşıdurması bu 2 ölkədə istehsala ciddi zərbə vurub. Bəhreynin zavodları 20 faiz gücü ilə işlədiyi halda, Qətərdə istehsal demək olar dayanıb. Bu da ilk növbədə avtomobil istehsalçılarını çətin vəziyyətə salıb. Almaniya, Koreya və

Yaponiyada istehsalçılar tempi azaldıb. Eyni vəziyyət böyük detal istehsalçılarından da yan keçməyib. Müqayisə üçün deyək ki, Yaponiyanın avtomobil istehsalçıları alüminiumun 70 faizini yaxın Şərq regionundan idxal edir. 

ABŞ-İran qarşıdurması uzanacağı təqdirdə, elektromobil istehsalında azalma ənənəvi modellərə nisbətdə daha ciddi olacaq.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
avtosfer.az

1Sources