EN

"Fənərbaxça" - "Beşiktaş" matçını bu hakimlər idarə edəcək

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Super Liqasının 28-ci turunun "Fənərbaxça" - "Beşiktaş" matçının təyinatları açıqlanacaq.

Hafta.az xəbər verir ki, İstanbul derbisini Yasin Kolun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Ona yan xətlərdə Abdullah Bora Özkara və Mehmet Salih Mazlum köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Çağdaş Altay yerinə yetirəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" qarşılaşması aprelin 5-də keçirilkəcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Meydan sahibləri derbi ərəfəsində 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Qonaqlar isə 52 xalla 4-cü yerdədir.

Chosen
2
1
hafta.az

2Sources