EN

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 2 aprel, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Azərbaycan Əməkdar idman ustası”, “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

Daha sonra idmançıların beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. Nazir bildirib ki, mart ayı ərzində Azərbaycanın Dövlət Himni 12 ölkədə səsləndirilib. Bu ay idmançılarımız ümumilikdə 40 qızıl, 35 gümüş və 43 bürünc medal qazanıblar.

Beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük qələbələr arzulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
2
azertag.az

10Sources