EN

Bağça müəllimlərinin nəzərinə: Yerdəyişmə müsabiqəsi...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.
BUTA.TV xəbər verir ki, BŞTİ məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər. İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər: - Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış); - Şəxsiyyət vəsiqəsinin surəti; - İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir); - Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir); - Diplomun surəti; - Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti. Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər: Vakant yerlər

Ərizə forması

Chosen
17
35
buta.tv

10Sources