EN

Avtomobil sığortasında yeni qayda: 30 günə saziş bağlanacaq

Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə sığortaçılar və İcbari Sığorta Bürosu arasında kollektiv saziş bağlanılacaq.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunun üçün maksimum 30 günlük müddət tanınacaq.

Belə ki, aşağıdakı şərtlərin hər biri mövcud olduqda avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat vermiş sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsində sığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq ediləcək:

  • yanlış mÉ™lumatın verilmÉ™si avtonÉ™qliyyat vasitÉ™sinÉ™ münasibÉ™tdÉ™ baÄŸlanmış sonuncu sığorta müqavilÉ™si üzrÉ™ olduqda;
  • sığortaçı tÉ™rÉ™findÉ™n yanlış mÉ™lumatın verilmÉ™si faktı sığorta hadisÉ™si baÅŸ verdikdÉ™n sonra müəyyÉ™n edilmiÅŸ olduqda.

Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə qarşılıqlı hesablaşmaların həyata keçirilməsi məqsədilə sığortaçılar və İcbari Sığorta Bürosu arasında 2026-cı il martın 20-dən ən geci 30 təqvim günü müddətində kollektiv saziş bağlanılacaq.

Kollektiv sazişdə azı aşağıdakı məsələlər əhatə olunacaq:

  • kollektiv saziÅŸÉ™ qoÅŸulma vÉ™ ondan çıxma qaydası;
  • sığorta haqqı üzrÉ™ dürüstləşdirmÉ™ mÉ™bləği üzrÉ™ sığortaçılar arasında hesablaÅŸma qaydası;
  • öhdÉ™liklÉ™rin icra müddÉ™tlÉ™ri;
  • mübahisÉ™lÉ™rin hÉ™lli qaydası.

Sığortaçılar arasında aparılan hesablaşmalar nağdsız formada həyata keçiriləcək. (Trend)

Chosen
17
9
fed.az

10Sources