EN

Elektromobili “evdən şarj” etməyin təhlükələri

Son dövrlərdə elektrikli avtomobillərin yaşayış binalarından uzatma kabelləri vasitəsilə şarj edilməsi halları artmaqdadır və bu, müəyyən risklər yaradır. Belə problemlərin qarşısını almaq üçün elektromobili olan vətəndaş yaşadığı evdə və ya həyətdə avtomobilini şarj etmək istəyirsə, öncədən “Azərişığ”a müraciət etməli və tələb olunan elektrik gücünü (kilovatı) təmin etməlidir. Çünki elektrikli avtomobillərin şarjı üçün müxtəlif standartlar mövcuddur – ABŞ, Avropa və Çin sistemləri bir-birindən fərqlənir. Uyğun olmayan qurğularla şarj zamanı isə həm avtomobilin alışması, həm də enerji mənbəyində problemlərin yaranması riski var.
Bu sözləri BUTA.TV-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov elektromobillərin qeyri-standart üsullarla şarj edilməsi məsələsindən danışarkən deyib. “Bəzi hallarda vətəndaşlar uyğunlaşdırıcı ötürücü naqillərdən istifadə etsə də, bu avadanlıqların keyfiyyəti və standartlara uyğunluğu həmişə təmin olunmur. Bu isə həm elektrik şəbəkəsi, həm də avtomobil üçün əlavə təhlükə yaradır. Azərbaycanda elektromobillərin şarjı və istifadə olunan ötürücülərlə bağlı müəyyən standartlar mövcuddur və vətəndaşlara məhz bu standartlara uyğun qurğulardan istifadə etmək tövsiyə olunur.

Ölkəmizdə elektromobillərin evdən və ya həyətdən şarj edilməsinə hər hansı rəsmi qadağa yoxdur. Lakin təhlükəsizlik baxımından bu prosesin müvafiq texniki tələblərə uyğun həyata keçirilməsi vacibdir”, - o qeyd edib.

Chosen
18
1
buta.tv

2Sources