EN

Bağça müəllimlərinin yerdəyişməsi başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.

Bu barədə News365.az BŞTİ-dən məlumat verilib.

    Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.

    İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

    -Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

    - Şəxsiyyət vəsiqəsinin surəti;

    - İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

    - Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

    - Diplomun surəti;

    - Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.

    Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər.

    Vakant yerlər

    Ərizə forması

    Chosen
    34
    35
    news365.az

    10Sources