Beləliklə, əfsanəvi Mirça Luçeskunun məşqçi karyerası başa çatdı. Bildiyiniz kimi, onun rəhbərlik etdiyi Rumıniya yığması martın 26-da keçirilən pley-off oyununda Türkiyə yığmasına uduzmaqla dünya çempionatına yollanmaq şansını itirmişdi. Görünür, həmin məğlubiyyət Luçenin sağlıq durumunu bir qədər də korlayıb. Belə ki, komanda yoldaşlıq oyunu keçirmək üçün Slovakiyaya yollanmağa hazırlaşarkən baş məşqçi özündən getmiş və təcili xəstəxanaya çatdırılmışdı. Təxminən bir saat əvvəl Rumıniya Futbol Federasiyası əfsanəvi məşqçinin yığmadakı postunu tərk etdiyini açıqlayıb. Düzdü, qurum bundan sonra da Luçenin xidmətində maraqlıdı. Federasiyanın prezidenti Rezvan Burlyanu yaxın aylarda onu gözlədiklərini deyib.