EN

Ay ətrafında səyahətə start verilib  

NASA-nın “Artemis II” missiyası aprelin 1-də ABŞ-nin Florida ştatındakı “Launch Complex 39B” platformasından uğurla kosmosa buraxılıb. Yerli vaxtla saat 18:35-də baş tutan buraxılışla Reid Wiseman, Victor Glover, Christina Koch və Jeremy Hansen Ay ətrafında 10 günlük uçuşa başlayıblar. Kapsul aprelin 10-da Sakit okeana eniş edəcək.Proqram çərçivəsində reallaşdırılan bu ilk ekipajlı uçuş eyni zamanda “Space Launch System” raketi və “Orion” kosmik gəmisinin insanlı ilk uçuşudur.

Missiyanın gedişində “Orion” kosmik gəmisi raketin yuxarı mərhələsindən uğurla ayrılıb. Bundan sonra astronavt Victor Glover gəmini bir saatdan artıq müddətdə əl ilə idarə edərək “proximity operations” adlı testi həyata keçirib. Bu test gələcəkdə “SpaceX” və “Blue Origin” tərəfindən hazırlanacaq Ay eniş modulları ilə birləşmə prosesinə hazırlıq məqsədi daşıyır.

    

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

1Sources