Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
İranın sabiq dövlət rəhbəri hökuməti təcili islahatlara başlamağa çağırıb.
“Cebheinfo.az” “Etimad Online”-a istinadən xəbər verir ki, İranın keçmiş prezidenti Həsən Ruhani ABŞ və İsrailin hücumları barədə verdiyi açıqlamada ölkənin və xalqın maraqları naminə müharibəni “şərəflə” başa vurmağa hazır olmalarının lazım olduğunu bildirib.
O, Fars körfəzi adalarına qarşı təcavüzün qarşısını almaq və Hörmüz boğazına nəzarəti qorumağın vacibliyini vurğulayıb.
Ruhani əlavə edib ki, Ali Milli Təhlükəsizlik Şurası müharibənin davam edib-etməməsi ilə bağlı müxtəlif ssenariləri təcili şəkildə hüquqi müstəvidə müzakirə etməli və düşmənin “təcavüzkar və aldadıcı” planlarını neytrallaşdırmaq üçün qərar verməlidir.
İslam Respublikasını qorumağın zəruriliyini qeyd edən keçmiş prezident bu məqsədlə siyasətdə dərhal fundamental islahatların həyata keçirilməsinin vacibliyini qeyd edib.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.