EN

Dünya çempionatında böyük şok: Ulduzlar futbol bayramından kənarda qaldı

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol dünyasının ən böyük hadisəsi sayılan 2026 Dünya Çempionatı yaxınlaşdıqca, builki turnirdə çıxış edə bilməyəcək ulduz futbolçuların siyahısı azarkeşləri məyus edib. Bir çox tanınmış sima təmsil etdikləri ölkələrin vəsiqə qazana bilməməsi səbəbindən mundialdan kənarda qalacaq.

İdman.Biz xəbər verir ki, siyahıda ən çox diqqət çəkən itkilər Avropa nəhəngləri ilə bağlıdır. Xüsusilə İtaliya millisinin ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsi Canluici Donnarumma, Sandro Tonali və Mateo Retequi kimi ulduzların turniri qaçırmasına səbəb olub.

Polşalı qol maşını Robert Levandovski və Macarıstanın lideri Dominik Soboslay da builki mundialda sahəyə çıxa bilməyəcəklər.

Afrika qitəsində də vəziyyət fərqli deyil. Nigeriyanın vuran “top”u Viktor Osimhen, Ademola Lukman, həmçinin tanınmış hücumçular Brayan Mbeumo (Kamerun) və Pyer-Emerik Obameyanq (Qabon), Kosta Rikadan Keylor Navas azarkeşləri öz oyunları ilə sevindirmək fürsətini itiriblər.

DÇ-2026-nı kənardan izləyəcək digər ulduzlar:

İspaniya La Liqası və İngiltərə Premyer Liqasının ulduzları: Xviça Kvaratsxeliya, Giorgi Mamardaşvili (hər ikisi Gürcüstan), Duşan Vlahoviç (Serbiya), Yan Oblak (Sloveniya), Rasmus Hoylund və Kristian Eriksen (hər ikisi Danimarka).

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
50
icma.az

10Sources