EN

Elnur Rzayev Aşağı Zeyid kəndində səyyar qəbul keçirib – FOTOLAR

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Aşağı Zeyid kəndində səyyar qəbul keçirilib.
Qəbulda Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olan Aşağı Zeyid, Qaracik Zeyid, Qaraçayçək, Qaracik, Şıxhaput, Alıcqışlaq və Çılğır kəndlərinin sakinləri iştirak ediblər. Səyyar görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Aprel şəhidlərinin, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən mərd oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə minnətdarlıqlarını bildirərək, bir sıra fərdi müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini diqqətlə dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini tapıb.
Chosen
5
7times.az

1Sources