EN

“Uzak Şehir”də tarazlığı pozacaq yeni obraz - FOTO

“Uzak Şehir” serialının heyətinə yeni aktyor qoşulur.

"Yeni Sabah" xəbər verir ki, ekran işində bundan sonra Ahmet Varlı da rol alacaq. O, serialda Ceren Morayın canlandırdığı personajın (Meryem) əri Feyyaz obrazını canlandıracaq.

Xatırladaq ki, layihənin baş rollarında Sinem Ünsal və Ozan Akbaba yer alır.

“Uzak Şehir” Türkiyə istehsalı olan və tamaşaçıların maraqla izlədiyi seriallardan biridir. Layihə həm dramatik süjet xətti, həm də güclü aktyor heyəti ilə diqqət çəkir.


Telegram kanalımız
Chosen
29
yenisabah.az

1Sources