EN

Şahzadə Harrinin jurnalistlə sevgi mesajları ortaya çıxdı

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahzadə Harrinin media orqanına qarşı qaldırdığı məhkəmə iddiasında illər əvvəl bir jurnalistlə olan sevgi mesajları ortaya çıxıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mesajlarda jurnalistin Harriyə "Cənab Yaramaz" deyə müraciət etdiyi görünür.

Məhkəmə qeydlərinə görə, Qriffits 2011-ci ilin dekabr ayında göndərdiyi mesajda "Salam cənab Yaramaz... Necə də əyləncəli bir həftəsonudur. Hər həftəsonu kənd yerlərində bir az yaramazlıq edə bilmərikmi?" yazıb.

Harri isə cavab olaraq "Kaş orada olaydım, əzizim, amma təəssüf ki, Kornuollda ordu işləri ilə məşğulam" deyə yazıb.

Bu mesajlaşmanın ifşalanmasından sonra dünya Meqan Marklın məsələyə bildirəcəyi münasibəti maraqla gözləyir.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
azxeber.com

1Sources