
2 aprel tarixində Rusiyanın enerji infrastrukturuna qarşı növbəti hücum cəhdi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, “Gazprom” şirkətinin yaydığı məlumata görə, “Türk axını” ixrac qaz kəmərini təmin edən “Russkaya” kompressor stansiyasına pilotsuz uçuş aparatları ilə hücum edilib.
Bildirilib ki, gecə saatlarında üç pilotsuz aparat stansiyaya yaxınlaşıb, lakin Rusiya Müdafiə Nazirliyi və operativ qrupların birgə fəaliyyəti nəticəsində hücumun qarşısı alınıb. Hadisə zamanı obyektə heç bir ziyan dəymədiyi vurğulanıb.