EN

“Türk axını” qaz kəmərinə hücum olub


2 aprel tarixində Rusiyanın enerji infrastrukturuna qarşı növbəti hücum cəhdi qeydə alınıb.
Yeniavaz.com
 xəbər verir ki, “Gazprom” şirkətinin yaydığı məlumata görə, “Türk axını” ixrac qaz kəmərini təmin edən “Russkaya” kompressor stansiyasına pilotsuz uçuş aparatları ilə hücum edilib.
Bildirilib ki, gecə saatlarında üç pilotsuz aparat stansiyaya yaxınlaşıb, lakin Rusiya Müdafiə Nazirliyi və operativ qrupların birgə fəaliyyəti nəticəsində hücumun qarşısı alınıb. Hadisə zamanı obyektə heç bir ziyan dəymədiyi vurğulanıb.
Chosen
52
1
yeniavaz.com

1Sources