“Qarabağ”ın futbolçusu Kevin Medina diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, o, rəqsi ilə sosial şəbəkələrin gündəminə çevrilib.
Kolumbiyalı futbolçu komanda yoldaşı Toral Bayramovun qızı Alinanın 1 yaşı münasibəti ilə təşkil edilən mərasimdə iştirak edib. O, tədbirdə özünəməxsus şəkildə rəqs edib.
Qeyd edək ki, mərasimə “Qarabağ”ın digər futbolçuları da qatılıb.