Futbol üzrə Türkiyə millisinin dünya çempionatında keçirəcəyi oyunlardan birinin başlama saatı dəyişdirilib.
Apasport.az xəbər verir ki, qərara əsasən, Paraqvay seçməsi ilə iyunun 20-də Bakı vaxtı ilə saat 08:00-da start götürülməsi planlaşdırılan qarşılaşma 1 saat tez, yəni 06:00-da başlayacaq.
Xatırladaq ki, Türkiyə millisi iyunun 14-də, Bakı vaxtı ilə saat 08:00-da Avstraliya ilə, 26-da, saat 06:00-da isə ABŞ ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
XX turun təyinatları açıqlandı
"Sumqayıt" - "Neftçi" matçının biletləri satışda
I Liqa klublarına növbəti cərimələr
Yarımfinal mərhələsi rəqəmlərin gözü ilə
3 klub yarışlardan kənarlaşdırılıb