EN

"Ermənistanın Azərbaycan həqiqətlərini məcburi qəbul etməsində Aprel döyüşlərinin xüsusi rolu var"

Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən 10 il ötür.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, ümümmilli lider Heydər Əliyevin, sonradan isə indiki prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qüdrətli dövlət, güclü ordu, dünyanın qəbul etdiyi xarici siyasət formalaşdırmaq mümkün oldu:

"Ermənistanın güclü xarici dəstəyinə baxmayaraq, Azərbaycan əsgəri 10 il bundan əvvəl şanlı Aprel döyüşləri səhifəsini yazıb. Həmin dövrdə çox az sayda torpaqlarımızı işğaldan azad etsək də, düşmən Azərbaycan silahının gücünü hiss etdi. Dünya Azərbaycanın ərazi itkisi ilə razılaşmadığının fərqinə vardı və bu, sonradan 44 günlük Vətən müharibəsinə, bir günlük antiterror əməliyyatının uğurla başa çatmasına səbəb oldu".

Millət vəkili vurğuladı ki, Aprel döyüşlərində xeyli itki vermişik.

"Azərbaycan xalqının ordusuna bağlılığını, dəstəyini hiss etdik və bütün bunlar hamısı zaman-zaman, addım-addım Azərbaycanı zəfərə yaxınlaşdırdı. Bu gün torpaqlarımızın bütövlüyündə Ermənistanın Azərbaycan həqiqətlərini məcburi qəbul etməsində Aprel döyüşlərinin xüsusi rolu var. Aprel döyüşlərinin qalibi Azərbaycan əsgəridir, Azərbaycan xalqıdır, Aprel döyüşlərinin memarı və həyata keçirəni cənab prezidentimizdir", - deyə Aydın Mirzəzadə fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Chosen
29
1
redaktor.az

2Sources