EN

“Autizm dünyanı fərqli görməkdir, dəyişməli olan düşüncədir” ŞƏRH

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günüdür. Bu tarix BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı əsasında təsis edilib.

Bu günün qeyd edilməsində məqsəd əhali arasında autizm haqqında maarifləndirmə işini genişləndirmək və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.

Gununsesi.info-ya danışan psixoloq Sevinc Həbibova qeyd edib ki, autizmli insanlara qarşı diqqət və anlayış artırılmalıdır:

“Onların sosial mühitə inteqrasiyası üçün ailələr, müəllimlər və cəmiyyət birgə səylər göstərməlidir. Autizmli şəxslərin qabiliyyətlərini və maraqlarını düzgün yönləndirmək onların inkişafına dəstək olur. Həmçinin, cəmiyyətin fərqliliklərə tolerant yanaşması bu insanların daha sərbəst və rahat həyat sürməsinə imkan yaradır.

Autizm dünyanı fərqli görməkdir, onu görməmək deyil. Dəyişməli olan dünya yox, düşüncədir.

Autizmli insanlardan hamı kimi danışmaq, hamı kimi davranmaq və hamı kimi ünsiyyət qurmaq tələb olunur. Bu isə onların üzərinə ağır psixoloji yük qoyur. Yorğunluq, gərginlik və geri çəkilmə də məhz bu yükdən yaranır.

Fərqli qavrayış qüsur deyil. Autizm başqa cür hiss etmək, düşünmək və yaşamaqdır. Ona görə əsas məsələ autizmi dəyişdirmək deyil. Əsas məsələ düşüncəni dəyişdirməkdir. Düşüncə dəyişmədikcə, fərqlilik problem kimi görünəcək. Düşüncə dəyişəndə isə fərqlilik olduğu kimi görünəcək”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
icma.az

1Sources