ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaz aylarının gəlişi ilə hava şəraitinin dəyişməsi bir sıra mövsümi xəstəliklərin artmasına səbəb olur. Həkimlər bildirirlər ki, temperatur fərqləri, allergenlərin çoxalması və immun sisteminin zəifləməsi bu dövrdə sağlamlıq problemlərini artıran əsas amillərdəndir.
Pediatr mütəxəssis Aygün Novruzzadə açıqlamasında qeyd edib ki, bununla yanaşı, mədə-bağırsaq xəstəlikləri və yuxarı tənəffüs yolları infeksiyalarında da artım müşahidə olunur.
“Ümumdünya Səhiyyə Təşkilatının və Amerika Epidemiologiya Mərkəzinin məlumatlarına əsasən, bu dövrdə əsasən yuxarı tənəffüs yolları infeksiyalarının və allergik xəstəliklərin tezliyində artım müşahidə edilir. Uşaqlarda burun axıntısı, asqırma və göz simptomları daha çox rast gəlinir. Bununla yanaşı, mədə-bağırsaq infeksiyaları da özünü göstərir,” – deyə mütəxəssis bildirib.
Həkimlər xüsusilə uşaqların və yaşlıların bu dövrdə daha həssas olduğunu vurğulayaraq, profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd edirlər.
Qeyd olunur ki, yaz fəslində sağlamlığın qorunması üçün düzgün qidalanma, gigiyena qaydalarına riayət edilməsi və immunitetin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Havar Şəfiyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.