EN

Yaddaşı gücləndirən təsirli qidalar açıqlanıb

Yaddaşı gücləndirmək üçün düzgün qidalanma mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, terapevt Aleksandr Kozlov bu məqsədlə gündəlik rasiona daxil edilməli əsas qidaları açıqlayıb.

Həkimin sözlərinə görə, yağlı dəniz məhsulları – siyənək, skumbriya və qızılbalıq beyin üçün ən faydalı qidalar sırasındadır. Bu məhsulların tərkibində olan omeqa-3 yağ turşuları, xüsusilə DHA, neyronların quruluşunu qoruyur və beyin fəaliyyətini dəstəkləyir.

Kozlov həmçinin qaragilə və böyürtkən kimi tünd giləmeyvələrin vacibliyini vurğulayıb. Bu qidalar güclü antioksidantlarla zəngindir və beyin hüceyrələrini oksidləşdirici stressdən qoruyur.

Yarpaqlı göyərtilər – ispanaq, kələm və rukkola da yaddaş üçün faydalı hesab olunur. Araşdırmalara görə, bu qidaları müntəzəm qəbul edən insanlarda koqnitiv funksiyalar daha yaxşı qorunur.

Mütəxəssis əlavə edib ki, zərdəçal və adaçayı da beyin sağlamlığına müsbət təsir göstərir. Kurkumin maddəsi beyin hüceyrələrində zərərli yığıntıların azalmasına kömək edə bilər, adaçayı isə yaddaş proseslərində rol oynayan maddələrin səviyyəsini qoruyur.

Həkim qeyd edir ki, yaddaşın qorunması üçün ən effektiv yanaşma uzunmüddətli və balanslı qidalanmadır. Bu baxımdan Aralıq dənizi və MIND pəhrizlərinə əsaslanan qidalanma modeli tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
38
e-saglam.az

1Sources