EN

MSK üzvlərinin də maaşı artırıldı SƏDR 12 MİN, ÜZVLƏR İSƏ 7 MİN ALACAQ

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Prezident İlham Əliyevin əmək qanunvericiliyində nəzərdə tutulan son dəyişikliklərlə bağlı fərmanı ilə nəzərdə tutulan maaş artımı  Mərkəzi Seçki Komissiyasının üzvlərinə də şamil olunacaq.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, MSK üzvləri təxminən 7 min manata yaxın maaş alacaqlar. 

Yeni qərara əsasən MSK sədri üçün 12 min, müavinləri üçün isə 10 min manat əmək haqqı nəzərdə tutulur.

Onu da qeyd edək ki, bu ilin aprelində Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılacaq.

Saytımızın əldə etdiyi məlumata görə, Məzahir Pənah başda olmaqla  MSK-də yaşı 70-i keçən bir neçə nəfər  yeni tərkibdə olmayacaq.

Afət Abbasova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
icma.az

1Sources