EN

Paşinyandan Putinə “tərs sillə”...

Mətləb Salahov: “Paşinyan Moskvadakı mövqeyi ilə göstərdi ki, hazırkı Ermənistan hakimiyyəti nə Putinə, nə də onun erməni dostlarına güzəştə getməyəcək”

“Hazırda iyunda keçiriləcək parlament seçkilərinə hazırlaşan Ermənistan, getdikcə qaynar qazanı xatırladır. Qərblə Rusiyanın təsir dairəsi üçün əsas “döyüş meydanına” çevrilən İrəvanda tərəflər daha çox mövqe qazanmağa və rəqiblərini bəribaşdan sıradan çıxarmağa çalışırlar.
Xüsusilə Moskva Nikol Paşinyan hakimiyyətinə son qoymaq və Ermənistanda ona itaət edən siyasi qüvvələri hakimiyyətə gətirmək üçün hərəkətə keçib. Kilsədə N.Paşinyana hazırlanan hücum, habelə Serj Sarkisyan və Robert Köçəryanın hissediləcək dərəcədə aktivləşərək, hazırkı hökümətdən narazı sosial elektoratı öz tərəflərinə çəkmək üçün addımlar atmaları dediklərimizi təsdiq edir. Belə görünür ki, Ermənistanda bütün təfələr əsas seçki “döyüşünə” qızğın hazırlıq görürlər”.

Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, N.Paşinyanın Moskvaya səfəri, Kremldə Vladimir Putinlə söz duelinə çıxması, xüsusilə KTMT barədə səsləndirdiyi fikirlər onu göstərir ki, hazırkı Ermənistan hakimiyyəti nə Rusiyaya, nə də onun İrəvandakı dostlarına hansısa güzəşt etməyəcək.
“Əlbəttdə, N.Paşinyanın Moskva səfəri ilk əvvəl onu göstərir ki, Rusiyanı tamamilə dəftərdən silmək mümküm deyil. Xüsusilə iqtisadi və regional dəstək baxımından Rusiya Ermənistan üçün çox şeyi ifadə edir. Amma daha çox qərbpərəst mövqe tutan N.Paşinyan Kremldə V.Putinə “boz üzünü” göstərməklə ondan çəkinmədiyini, əlaqələrin bərpasına müsbət yanaşdığını, lakin S.Sarkisyan və R.Köçəryandan fərqli olaraq, Rusiya üçün müti hakimiyyət rolu oynamayacağını bəyan etdi. Üstəlik N.Paşinyan V.Putinlə üzbəüz görüşdə 2020-ci ildəki hadisələrlə bağlı Rusiyanın özünü fakt qarşısında qoydu ki, bu artıq hazırkı Ermənistan hakimiyyətinin Rusiya üçün böyük “başağrısı” olduğunu, Moskvanın isə iyun seçkilərində var gücü ilə İrəvanda siyasi vəziyyəti dəyişmək üçün çalığşacağını fakt kimi ortaya qoydu. V.Putin bu istəyinə çatacaqmı? - əlbəttdə hər şeyi zaman göstərəcək”.

Afət Tahirqızı

Chosen
16
1
sia.az

2Sources