EN

"ChatGPT"nin Azərbaycandakı bazar payı azalıb

Mart ayı üzrə Azərbaycanda süni intellekt çatbotlarının bazar payı açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “StatCounter” bildirir.

Ötən il ölkə üzrə "ChatGPT"nin bazar payı 78,44% təşkil edib. Bu, fevral ayı ilə müqayisədə 4,65 faiz bəndi, ötən ilin aprel ayı ilə müqayisədə isə 18,68 faiz bəndi azdır.

Ay ərzində "Google Gemini"nin bazar payı 14,62% olub. Bu isə, aylıq müqayisədə 3 faiz bəndi, ötən ilin aprel ayı ilə müqayisədə isə 13,28 faiz bəndi artım deməkdir.

Mart ayında "Perplexity"nin bazar payı aylıq 0,13 faiz bəndi, ötən ilin aprel ayı ilə müqayisədə isə 1,58 faiz bəndi artımla 2,92% olub.

Hesabat dövründə "Claude"nin bazar payı 2,25% olub ki, bu da aylıq 1,38 faiz bəndi, ötən ilin mart ayı ilə müqayisədə isə 1,99 faiz bəndi artım deməkdir.

Ötən ay "Microsoft Copilot"un bazar payı aylıq 0,14 faiz bəndi artım, ötən ilin mart ayı ilə müqayisədə isə 1,35 faiz bəndi azalma ilə 1,77% olub. (Apa)

Chosen
13
2
fed.az

3Sources