EN

Oğlu tərəfindən bıçalanan şəxs Biləcəri bələdiyyəsinin əməkdaşıdır - FOTOLAR

BAKI, 2 aprel. TELEQRAF

Paytaxtın Biləcəri qəsəbəsi 10 May küçəsində ailə münaqişəsi zəminində baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüatları məlum olub.

Teleqraf xəbər verir ki, gecə saat 4 radələrində 18 yaşlı Caməmməd Hüseynov atası 55 yaşlı Xaləddin Hüseynov və anası 48 yaşlı İlhamə Hüseynovanı bıçaqlayıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriıib.

Bıçaqlanan Xaləddin Hüseynov Biləcəri qəsəbə bələdiyyəsinin əməkdaşıdır. Hadisəni törətməkdə şübhəli bilinən C.Hüseynov universitet tələbəsidir.

Fakt üzrə əraziyə Rayon prokorluğunun əməkdaşları cəlb edilib.

Chosen
47
2
teleqraf.com

3Sources