EN

Pakistan və Əfqanıstan münaqişəni bitirmək üçün dialoq aparır

Pakistan münaqişəni sonlandırmaq üçün Əfqanıstanla danışıqlar aparır.

Aktual.az-ın xəbərinə görə, bunu Pakistan Xarici İşlər Nazirliyi bildirib.

Əlavə edilib ki, iki ölkə rəsmiləri arasında Çinin şimal-qərbində yerləşən Urumçi şəhərində dialoq həyata keçirilir.

Qeyd edək ki, 2021-ci ildə Talibanın Əfqanıstanda yenidən hakimiyyətə gəlişindən bəri, bu ilin fevral ayında iki ölkə arasında ən şiddətli hərbi qarşıdurmalar yaşanıb.

Chosen
14
4
ulusum.az

6Sources