EN

Qattuzo gələcəyi ilə bağlı qərar verdi

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən ayrılacaq.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Martın 31-də italiyalılar 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off oyununda Bosniya və Herseqovina millisinə (1:1, pen. — 1:4) məğlub olub. Bununla da İtaliya millisi ardıcıl üçüncü dəfə mundialdan kənarda qalıb.

O, uğursuzluqdan sonra postunu tərk etmək qərarına gəlib.

Ölkənin futbol federasiyasının (FIGC) prezidenti Qabriele Qravina daha əvvəl Qattuzodan postunda qalmasını xahiş etdiyini bildirib.

Chosen
16
publika.az

1Sources