EN

“Ağ ciyərindən bıçaq zərbəsi alması...” Veysəl Rzayev niyə meydana qayıda bilmir?

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Fevralın 3-də Gəncədə bıçaqlanan “Kəpəz”in futbolçusu Veysəl Rzayev hələ də yaşıl meydana dönə bilmir. Yaşıl meydan nədi, heç məşqlərə qoşulması da mümkün deyil. Xatırlayırsızsa, fevralın sonunda Veysəlin müalicə aldığı xəstəxananın baş həkimi “Football-plus.az”a açıqlamasında müalicənin bitdiyini demişdi. Bəs onun məşqlərə qatılmasını nə əngəlləyir? “Kəpəz”in baş məşqçisi Azər Bağırov “Football-plus.az”a açıqlama verdi:

“Veysəlin müalicəsi davam edir. Ağ ciyərindən bıçaq zərbəsi alması bərpa müddətini uzadır”.

MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
icma.az

2Sources