EN

Cevdet Yılmaz TDT-yə üzv dövlətləri COP31-ə dəvət etdi

COP31-ə sədrliyimiz müddətində COP29-u uğurla həyata keçirən Azərbaycanın təcrübəsindən yararlanırıq.

Missiya.Az "Unikal"a istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.

O bildirib ki, Türkiyə qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə aparıcı rol oynamağa qərarlıdır: “TDT-yə üzv və müşahidəçi dövlətlərin COP prosesində fəal iştirakı əməkdaşlığın genişləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə COP-31 gündəliyimiz çərçivəsində maddi nəticələr əldə etmək üçün möhkəm zəmin yaradacaq”.

Cevdet Yılmaz TDT-yə üzv dövlətləri 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək COP31 tədbirinə dəvət edib.

Chosen
8
8
missiya.az

10Sources