EN

ABŞ senatorundan sərt ittiham: Tramp 20 dəqiqə xalqı hərbi cinayət etməklə hədələdi...

Senatorun sözlərinə görə, Tramp təxminən 20 dəqiqə davam edən çıxışı zamanı həm xaricdə insan itkilərinə səbəb olan siyasətini əsaslandırmağa çalışıb, həm də vətəndaşlardan bunun üçün “minnətdar olmağı” gözləyirmiş kimi davranıb...

Poliqon xəbər verir ki, ABŞ senatoru Ed Marki ölkə prezidenti Donald Trampı kəskin tənqid edərək, onun son çıxışında Amerika ictimaiyyətinə qarşı yalan danışdığını və mülki infrastruktura qarşı hərbi cinayətlər törətməklə hədələdiyini bildirib.

Marki qeyd edib ki, prezidentin apardığı siyasət yalnız beynəlxalq arenada gərginliyi artırmaqla kifayətlənmir, eyni zamanda ABŞ daxilində də sosial-iqtisadi problemləri dərinləşdirir. Onun fikrincə, xüsusilə enerji sahəsində yaranmış vəziyyət birbaşa bu siyasətin nəticəsidir.

Senator əlavə edib ki, ABŞ-də elektrik enerjisi tarifləri artıq yüksək səviyyəyə çatıb və Trampın qərarları nəticəsində bu artım davam edir. O vurğulayıb ki, amerikalılar belə bir vəziyyətlə barışmamalı və hökumətdən daha məsuliyyətli siyasət tələb etməlidirlər.

Markinin açıqlamaları ABŞ siyasi mühitində növbəti müzakirələrə səbəb olub. Ekspertlər hesab edir ki, bu cür sərt bəyanatlar ölkə daxilində siyasi qarşıdurmanı daha da gücləndirə və qarşıdakı dövrdə daxili siyasətdə gərginliyi artıra bilər.

Poliqon.info

Chosen
2
1
poliqon.info

2Sources