İran Hörmüz boğazından istifadə ilə bağlı Avropa, Asiya və ərəb ölkələri ilə müqavilələr bağlamağa hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə İslam Respublikası hökuməti yanında İnformasiya Şurasının rəhbəri Elias Həzrəti məlumat yayıb.
Həzrəti bildirib: “İran Hörmüz boğazı üzərində tam nəzarətə malikdir. ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı haqqında cəfəngiyat danışır. Bu gün belə bir nəticəyə gəldik ki, Hörmüz boğazı ilə bağlı razılaşma elan edə bilərik. Bundan istifadə etmək istəyən Avropa, Asiya və Ərəb ölkələrini bizimlə razılaşma imzalamağa dəvət edəcəyik”.
Qeyd olunur ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində İranla münaqişə bitdikdən sonra Hörmüz boğazında gəmiçiliyin tam bərpa olunacağını bildirmişdi. Trampın sözlərinə görə, ABŞ-nin Hörmüz boğazından təchizata ehtiyacı yoxdur, neft daşınması üçün istifadə edən ölkələr onun vasitəsilə gəmiçiliyi bərpa etməlidirlər.
Aminə ŞAHSUVARQIZI