EN

ABŞ İraqdakı hücumlar üçün 3 milyon dollar mükafat ayırdı

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

ABŞ Dövlət Departamenti İraqdakı diplomatik obyektlərə edilən hücumlarla bağlı məlumat verənlər üçün 3 milyon dollara qədər mükafat elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

“İraqdakı Amerika diplomatik obyektlərinə edilən hücumlarla bağlı məlumat üçün 3 milyon dollara qədər mükafat təklif edirik. Əgər müvafiq məlumatınız varsa, xahiş edirik bizimlə əlaqə saxlayın”, – deyə açıqlamada bildirilir.

Qeyd olunub ki, ABŞ-nin Bağdaddakı səfirliyi, Ərbildəki konsulluğu və digər diplomatik obyektləri əvvəllər də hücumlara məruz qalıb.

Məlumata görə, elan edilən mükafat həm əvvəlki hücumların araşdırılması, həm də gələcək hücumların qarşısının alınması məqsədi daşıyır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
1
redaktor.az

2Sources