EN

Azərbaycanda qadın meşəlik ərazidə həmcinsini odunla döydü

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Astara rayonunda meşə zolağında iki qadın arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1999-cu il təvəllüdlü Səbinə ilə həmkəndlisi Nərminə (adlar şərtidir – red.) arasında mübahisə yaranıb. Səbinə yaşadıqları kənddə meşə zolağında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Nərminənin bədəninin müxtəlif nahiyyələrinə odun parçası ilə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Səbinənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Səbinə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, evlidir, 3 uşaq anasıdır, rəsmi olaraq heç bir yerdə işləmir:“Zərərçəkmiş Nərminə həmkəndlimdir, əvvəllər aramızda münasibətlərimiz yaxşı olub, qərəzli münasibətlərimiz olmayıb. Təxminən hazırkı hadisədən iki həftə əvvəl Astara rayonunun kəndində meşə ərazisində külək nəticəsində bir ədəd qoz ağacı yıxıldı. Hadisə günü, saat 15 radələrində küləyin əsməsi nəticəsində yıxılan qoz ağacından odun qıran zaman həmkəndlim Nərminə yanıma gəldi. Mənə bildirdi ki, bu ağacı qayınatam əkib, qoz ağacı bizə məxsusdur, burdan odun qırma, uzaqlaş. Ona bildirdim ki, bu ağac evindən 500 metr uzaqda yıxılıb, meşə zolağına aiddir, haradan onun oldu. Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı Nərminə ünvanıma nalayiq ifadələr işlətdi, məni odun parçası vurdu. Mən də əsəbləşərək yerdən götürdüyüm odun parçası ilə onun bədəninin müxtəlif nahiyəsinə vuraraq onu döydüm”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nərminə ilə dartışan zaman odun parçası yerə düşüb və sonra ayrılıblar: “Mübahisəyə səbəb həmkəndlim Nərminə meşə zolağında yıxılan qoz ağacından odun qırmağına icazə verməməsi və məni vurması olub. Mübahisə zamanı istifadə olan odun parçası Nərminə ilə dartışan zaman yerə düşdü. Hara düşdüyünü xatırlamıram. Həmin vaxt hadisə yerində tək olmuşam. Mən özümü müdafiə etməyə çalışmışam. Kaş ki, heç müdafiə də etməzdim. Ancaq bu zaman Nərminə mənə vurmuş olardı”.Astara Rayon Məhkəməsinin hökmü ilə Səbinə aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanması qərara alınıb. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılıb.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
50
demokrat.az

10Sources