Almaniyada təşkil olunan televiziya müsahibəsi zamanı Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa maraqlı və gözlənilməz situasiya ilə üzləşib.
BAKU.WS xəbər verir ki, canlı yayım zamanı su içmək istəyən dövlət başçısı şüşənin qapağını açmaqda çətinlik çəkib. Qısa müddət davam edən bu an studiyada müəyyən gərginlik yaradıb.
Vəziyyəti dərhal hiss edən aparıcı müdaxilə edərək prezidentə kömək edib və məsələ tez bir zamanda həll olunub.
Hadisənin baş verdiyi anlar kameralar tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.
Jolani needs a woman to open a bottle of water for him.
— Syrian Girl (@Partisangirl) April 1, 2026
This is Trump and Israel’s choice for Syria’s president. Any questions?pic.twitter.com/Me9wYIOpDw