EN

Overçuk: Azərbaycan üzərindən daşımalar hamı üçün sərfəlidir

Bakı. Trend:

Rusiya və Qazaxıstandan yüklərin Azərbaycan və Gürcüstanüzərindən dəmir yolu ilə Ermənistana daşınması bütün tərəflər üçünmüsbət nəticə verir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müaviniAleksey Overçuk deyib.

Onun sözlərinə görə, bu marşrut üzrə daşımalarla bağlı razılaşmaçox qısa müddətdə – bir neçə gün ərzində əldə olunub.

“Otuz ildə ilk dəfə Ermənistana dəmir yolu ilə daxil olan ilktaxıl yükü Rusiyadan gəlib. Hazırda gübrələrin göndərilməsi dəbaşlayır və daşınan məhsulların çeşidi genişlənir. Bu isə bütüntərəflər üçün faydalıdır – həm Rusiya, həm Azərbaycan, həmErmənistan, həm də Gürcüstan üçün. Hər kəs yeni gəlir mənbəyi əldəedir və bu prosesdə Rusiyanın birbaşa rolu var”, – deyə obildirib.

Overçuk əlavə edib ki, Rusiya hökuməti region ölkələri arasındaticarətin inkişafında və yük axınının artırılmasındamaraqlıdır.

Məqalədə:
Chosen
41
1
az.trend.az

2Sources