EN

Trampın xalqa müraciətindən sonra amerikalı polkovnik qəzəbləndi

ABŞ prezidenti Donald Tramp xalqa axşam müraciəti zamanı müttəfiqlərini təhqir edib.

Publika.az xəbər verir ki, bunu təqaüddə olan ABŞ ordusunun polkovnik-leytenantı Daniel Deyvis “YouTube” kanalında deyib.

"Bu müharibəni bizim başlatdığımızı və indi onların bizim hərəkətlərimizə görə əziyyət çəkdiyini bilmək necə də təhqiramizdir. Və siz onların gəlib hərbi xaosu təmizləməsini istəyirsiniz", - deyə ekspert qəzəblə bildirib.

Deyvis həmçinin Amerika liderinin Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlamalarındakı daha bir ziddiyyətə diqqət çəkib. Onun sözlərinə görə, Tramp "ABŞ-ın dünyada ən yaxşı orduya malik olduğunu iddia edir, lakin biz boğazı aça bilmərik".

Chosen
23
publika.az

1Sources