EN

Dünyanın ən çox qazanan idmançısı o oldu - Siyahı

Keçmiş Çikaqo Bulls basketbolçusu Maykl Cordan "Sportico"nun tarixin ən çox qazanan idmançıları siyahısında birinci yeri tutub.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, inflyasiya nəzərə alınmaqla, Cordanın ümumi qazancı 4,5 milyard dollardır. İkinci yerdə 15 dəfə Böyük çempion qolfçu Tayger Vuds (2,88 milyard dollar), üçüncü yerdə isə beş dəfə Qızıl Top mükafatçısı Kriştiano Ronaldo (2,52 milyard dollar) qərarlaşıb.

Ən çox qazanan idmançıların ilk onluğuna basketbolçu Lebron Ceyms (2,03 milyard dollar), futbolçu Lionel Messi (1,99 milyard dollar), qolfçular Arnold Palmer (1,85 milyard dollar) və Cek Niklaus (1,83 milyard dollar), futbolçu Devid Bekhem (1,26 milyard dollar), tennisçi Rocer Federer (1,29 milyard dollar) və boksçu Floyd Meyvezer (1,16 milyard dollar) da daxildir.

Chosen
56
1
ucnoqta.az

2Sources