EN

Premyer Liqa klubları menecerlərə yarım milyona yaxın pul xərcləyib

Bakı. Trend:

İngiltərə Premyer Liqası klubları il ərzində agent xidmətlərinə460 milyon funt-sterlinqdən çox vəsait xərcləyib.

Trend xəbər verir ki, bubarədə jurnalist Ben Ceykobs İngiltərə Futbol Assosiasiyasınınhesabatına istinadən məlumat verib.

Açıqlanan məlumatlara əsasən, 1 fevral 2025-ci ildən 1 fevral2026-cı ilədək olan dövrdə menecerlərə edilən ümumi ödənişlər 460,3milyon funt-sterlinq təşkil edib. Ən böyük xərci Çelsi edib - 65,1milyon.

İlk "üçlüy"ə həmçinin "Aston Villa" (38,4 milyon) və "MançesterSiti" (37,3 milyon) daxil olub. Digər TOP klublar da əhəmiyyətliməbləğlər xərcləyib - "Liverpul" (33,8 milyon), "Arsenal" (32,1milyon) və "Mançester Yunayted" (31,7 milyon).

Reytinqin orta pillələrində "Tottenhem" (21,3 milyon), "Nyukasl"(20,2 milyon), "Vulverhempton" (25,9 milyon), "Vest Hem" (18,3milyon), "Bornmut" (20,8 milyon), "Brayton" (19,5 milyon) və"Kristal Pelas" (16,8 milyon) qərarlaşıb.

Agent xidmətlərinə ən az xərci isə "Bernli" edib — 7,3 milyon.Nisbətən aşağı göstəricilərə malik digər klublar arasında "Everton"(9,9 milyon), "Sanderlend" (10,6 milyon) və "Fulhem" (11,4 milyon)da yer alıb.

Chosen
17
2
az.trend.az

3Sources