EN

Pezeşkian sərt danışdı: ABŞ İsrailin “kuklası” kimi...

İran prezidenti Məsud Pezeşkian ABŞ-nin bölgədəki siyasətinə qarşı sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, o, Vaşinqtonun İran infrastrukturuna endirdiyi zərbələri İran xalqına qarşı yönəlmiş addım kimi qiymətləndirib və bunu “hərbi cinayət” adlandırıb.

Pezeşkian bildirib ki, İran xalqı digər millətlərə, o cümlədən Amerika, Avropa və qonşu ölkələrin xalqlarına qarşı düşmənçilik bəsləmir. Onun sözlərinə görə, İranın atdığı addımlar müharibəyə başlamaq deyil, qanuni özünümüdafiə çərçivəsində verilmiş ölçülü cavabdır.

İran prezidenti daha sonra ABŞ-nin bu qarşıdurmaya İsrailin “kuklası” kimi qoşulduğunu bildirib. O qeyd edib ki, bu addımların məqsədi beynəlxalq ictimaiyyətin diqqətini fələstinlilərə qarşı törədilən cinayətlərdən yayındırmaqdır.

Pezeşkian vurğulayıb ki, İranla ABŞ arasında qarşıdurmanın uzanması heç bir tərəf üçün faydalı deyil. Onun fikrincə, qarşıdurma ilə əməkdaşlıq arasında seçim realdır və bu seçim gələcək nəsillərin taleyinə birbaşa təsir göstərəcək.

 

Musavat.com

Chosen
65
musavat.com

1Sources