EN

50 ildən sonra Aya İLK UÇUŞ: NASA raketində kritik nasazlıq AŞKARLANDI – VİDEO

50 ildən sonra Aya ilk uçuş missiyası təhlükə altındadır.

İnterpress.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bəşəriyyətin 1972-ci ildən bəri Yer orbitindən kənara çıxan ilk insanlı missiyası olan “Artemis II” startına saatlar qalmış ciddi texniki problemlə üzləşib.

Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən Bakı vaxtı ilə saat 02:24-də startı planlaşdırılan missiya ilə bağlı son yoxlamalar zamanı kritik bir nasazlıq aşkarlanıb.

NASA mütəxəssisləri raketin qəza anında məhv edilməsi (uçuş trayektoriyasından kənara çıxdıqda yerə təhlükə yaratmaması üçün) sistemində problem müəyyən ediblər. Bu, uçuşun təhlükəsizliyi üçün ən vacib elementlərdən biridir.

Hazırda mühəndislər problemin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirməyə və start pəncərəsi bağlanmamışdan əvvəl – cəmi iki saatdan az vaxt qaldığı halda – nasazlığı aradan qaldırmağa çalışırlar.

Qeyd edək ki, “Artemis II” missiyasında üç amerikalı və bir kanadalı olmaqla dörd astronavtın Ayın ətrafında 8-10 günlük uçuş həyata keçirməsi planlaşdırılır.

Bu missiya gələcəkdə Ay səthinə planlaşdırılan enişlərdən əvvəl raket və kosmik gəminin sistemlərinin son sınağı hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
72
interpress.az

1Sources