EN

İki xəstəxananı su basdı –MRT və əməliyyat otaqları sıradan çıxdı - VİDEO


Abşeron yarımadasında iki gün davam edən intensiv yağışlar və subasmalar bəzi tibb müəssisələrinə də ciddi ziyan vurub.

Medicina.az xəbər verir ki, Sumqayıt şəhərindəki “Sumqayıt Hospital” və “Gold Hospital” daha çox zərər çəkən obyektlər sırasındadır.

Məlumata görə, yağış və kanalizasiya sularının daşması nəticəsində klinikanın rentgen və MRT otaqları, eləcə də bəzi əməliyyat bölmələri çirkli su ilə dolub.

Yaranmış vəziyyət nəticəsində bahalı tibbi avadanlıqların yararsız hala düşdüyü, xəstəxanaya on minlərlə manat ziyan dəydiyi bildirilir.

Hadisə ilə bağlı redaksiyamıza təqdim olunan videogörüntüləri təqdim edirik:


Aygün
Medicina.az


Chosen
19
1
medicina.az

2Sources