EN

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunur ki, bununla bağlı NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda "Dumanlı hava" xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Chosen
24
41
ikisahil.az

10Sources